RU AZ
Məhsul kataloqu
Выберите модификацию товара.
Изображение
Mahsulu səbətə əlavə et.
Изображение товара
Say:
Məbləğ: AZN-
cəmi: 
Məhsul müqayisə siyahasına əlavə olundu.

Müqayisə üçün əlavə olundu.


Bitcoin nədir?

20.09.2017

Bitcoin kağız pulun alternativi ola bilərmi?

Bir çox insanın Bitcoinin kağız pulun gələcəyi olaraq gördüyü bir gercəkdir. Gələcəkdə kağız pul tədavüldən qalxıb rəqəmsal pula keçəcəyimizi iddia edənlərin sayı günü gündən artır. Fəqət mən bunun üçün daha erkən olduğunu düşünənlərdənəm. Fantastik filimlərdən səssiz həyatımıza daxil olan elektronik pulun, kağız pulu tam əvəz etməsi real olaraq görünmür. Hətta Bitcoinin bir formada balon olduğunu söyləyənlərdə az deyildir. Məsələn Queensland Universitetindən professor Con Quikin kimi. Fəqət ciddiyə alınması gərəkən bir pul vahidi olduğunu artıq qəbul etmək zamanıdır. Dünyanın bir çox ölkəsində fərdi istifadədən əlavə olaraq dövlətlər nəznindədə etibar görməyə başlamışdır. Almaniya maliyyə naziri Bitcoin-I bir forma hesab kimi olaraq gördüylərini söyləmişdir. Hətta İranın embarqo zamanı bu əngəlləri aşmaq üçün Bitcoin istifadə etdiyi söylənilənlər arasındadır.

bitcoin almaq bitcoin nedir bitcoin haqqinda

Bitcoin necə istehsal edilir?

Bitcoin istehsal etməyə mədənçilik (mining) deyilir. Bitcoin çıxarmaq, yəni mədənçilik edərək bir miqdar Bitcoin əldə etmək, mədənçiliyin tək şərti deyildir. Mədənçilik (mining) hesablama ixtiyarını istifadə edərək, işini reallaşdırma, sistem şəbəkəsini güvənli bir şəkildə qoruma və sistemdəki hər istifadəçini sinxronizə hala gətirməkdir. Sistem tək bir mərkəzdən kontrol edilmədiyi üçün, Bitcoin istifadə edilən hər yerdə vaxtı çalışdırmaq, sistemə nəzarət etmək və digər işləri pul qarşılığında edənlərə mədənçi deyilir.

Bitcoin mədənçilik işinə tək başınıza başlamaq istəsəniz onda çox güclü bir kompüter sisteminə sahib olmanız vacıbdir. Çünkü Bitcoin mədənçiliyi, kompüterinizə aid əlavə apletlərlə edilir. İlk olaraq CPU (prosessorla) edilən mədənçilik artıq yerini özündən 50-100 dəfə daha sürətli çalışa bilən (GPU) qrafik karta buraxmışdır.Yəni bu o deməkdir ki, ekran kartınız nə qədər qüvvətlidirsə Bitcoin mədənçiliyiniz o qədər yaxşı olar. Ayrıca mədənçilik üçün özəl olaraq qurulmuş sistemləri satin ala və ya kirayələyə bilərsiniz.

Siyahıya qayıt
Səbət 0 Müqayisə0 Əlaqə